Logo

Qaradağ gəncləri ADPU-nun qonağı olublar

02.05.2025 16:47 35 baxış
IMG

Qaradağ Gənclər Evi Sosial Xidmət müəssisəsinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dəstəyi ilə Qaradağ Gənclər Evinin könüllülərinin ADPU-ya infoturu təşkil edilib.

İnfotur çərçivəsində gənclərə universitetin Heydər Əliyev muzeyi,  Kitabxana-İnformasiya Mərkəzi və Filologiya fakültəsi haqqında ətraflı məlumat verilib.

İnfoturun məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, karyera planlamasına  və peşə seçimlərinə dəstək olmaqdır.

Xəbər lenti