Logo

BDU-da “SDG Tələbə Səfirləri Proqramı”na start verilib

02.05.2025 08:41 65 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə gənclər arasında Davamlı İnkişaf Məqsədlərini (SDG) təşviq etmək və onları maarifləndirmək məqsədilə “SDG Tələbə Səfirliyi Proqramı”na başlanılıb.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, proqram çərçivəsində hər fakültədən 2 SDG tələbə səfiri seçiləcək. Səfirlər mentor dəstəyi və peşəkar təlimlər ilə təmin olunacaq. Hər SDG tələbə səfiri öhdəliyindəki Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə işini müəyyən edilmiş üsullarla təmin edəcək.

Fakültələr üzrə Davamlı İnkişaf Məqsədləri yönümlü layihələr icra olunacaq.

Xəbər lenti