Logo

ADPU-da süni intellekt mövzusunda beynəlxalq görüş keçirilib

03.05.2025 16:19 56 baxış
IMG

Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın Miçiqan Dövlət Universitetinin texnologiya və insan öyrənməsi üzrə professoru Duqlas K. Hartman və Türkiyənin Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor Dilek Altun ilə görüş keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə ADPU-nun prorektorları - Eldar Aslanov, Asəf Zamanov, Könül Pirverdiyeva, ADPU-CVU ikili diplom proqramının ADPU üzrə proqram direktoru Tofiq Əhmədov, eləcə də Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Gülnar Ələkbərova və Nərgiz Səfərova iştirak ediblər.

Görüşün əsas məqsədi süni intellektin təhsil sahəsində tətbiqi, müasir pedaqoji yanaşmalar və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı elmi-praktik müzakirələrin təşkili, eyni zamanda, ADPU-nun beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Səfər çərçivəsində professor Dilek Altun və professor Duqlas K. Hartman ADPU-nun müəllim və işçi heyətinə “Məktəbəqədər yaşda süni intellekt savadlılığı”, “Gənc şüurlara süni intellektin təqdim edilməsi: erkən uşaqlıq təhsilində süni intellektin əsasları” və “Tədris və öyrənməni gücləndirən süni intellekt ilə təkmilləşdirilmiş peşəkar inkişafın dizaynı” mövzularında təlim keçiblər.

 



 

Xəbər lenti