Özbəkistanın İslam Karimov adına Daşkənd Dövlət Texniki Universitetinin əməkdaşları – professor Murodjon Pulatov və dosent Nazırla Maxmudov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqlar ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovla görüşüblər. Görüşdə Azərbaycan və Özbəkistan arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri vurğulanıb. Həmçinin ADNSU ilə Özbəkistan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən tələbə və müəllim mübadiləsi proqramlarının inkişaf etdirilməsi müzakirə olunub.
Daha sonra qonaqlar universitetin müxtəlif tədris və elmi istiqamətlər üzrə fəaliyyəti ilə tanış olub mövcud infrastrukturla yerində tanışlıq imkanı əldə ediblər.