Logo

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

06.05.2025 08:47 24 baxış
IMG

29-30 may 2025-ci il tarixlərində Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş “Cərrahi və mama-ginekoji problemlərə multidissiplinar yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

NDU-nun mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Türkiyənin Sakarya Universiteti, Özbəkistanın Səmərqənd Dövlət Tibb Universiteti, Azərbaycan, Türkiyə və Özbəkistanın bir sıra tibbi cəmiyyət və dərnəklərinin tərəfdaşlığı ilə baş tutacaq.

Konfrans ərəfəsində 50-dək, müxtəlif tibb sahələri üzrə həkim-mütəxəssislərin iştirakı ilə Naxçıvan Respublika Xəstəxanası, Naxçıvan Sağlamlıq Mərkəzi və Naxçıvan Perinatal Mərkəzində ödənişsiz olaraq praktik müayinə və müalicə proseslərinin, cərrahi əməliyyatlar və müxtəlif tibbi aksiyaların keçirilməsi planlaşdırılıb.

Konfrans haqqında məlumatları https://konfrans.ndu.edu.az/ saytından əldə etmək olar.

Xəbər lenti