Logo

Gənc mütəxəssislər üçün Coğrafi İnformasiya Sistemləri texnologiyalarına dair layihə keçirilib

05.05.2025 16:59 79 baxış
IMG

Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin əməkdaşları “Azərkosmos”un tərəfdaşlığı və dəstəyi ilə təşkil olunan “GİS-TECH Marathon 2025” layihəsində spiker kimi iştirak ediblər.

Qırx gün davam edən bu marafon CİS texnologiyasına marağı olan gənc mütəxəssisləri bir araya gətirərək, onların bilik və bacarıqlarının inkişafına dəstək məqsədi daşıyır.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir çərçivəsində “Azərkosmos”un əməkdaşları CİS texnologiyalarının müxtəlif tətbiq sahələri, məkan məlumatlarının işlənməsi və peyk təsvirlərinin analizi mövzularında təqdimatlarla çıxış edərək, iştirakçılarla təcrübələrini bölüşüblər.

“Azərkosmos” CİS texnologiyaları sahəsində ölkədə kosmik ekosistemin gücləndirilməsi, bilik mübadiləsi və gənc mütəxəssislərin inkişafına dəstək istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti