Logo

Birinci sinif üçün rus bölməsi üzrə müsahibəyə qeydiyyatda limit yoxdur

06.05.2025 14:11 80 baxış
IMG

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu çərçivəsində rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib. Valideynlər 6-20 may tarixlərində portaldakı www.mektebeqebul.edu.az sistemi vasitəsilə qeydiyyatdan keçərək övladlarını müsahibə mərhələsinə yazdıra bilərlər. 

MÜTDA-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, bu mərhələ üzrə qeydiyyat zamanı heç bir limit tətbiq olunmur.

Müsahibə mərhələsi 12-31 may tarixlərində təşkil olunacaq. Bu mərhələni uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi isə 17 iyun-12 sentyabr tarixləri arasında aparılacaq.

Elektron qeydiyyatdan keçə bilməyən və ya internetə çıxış imkanı olmayan valideynlər isə yaşadıqları ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə, Təhsil Nazirliyinin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.


 

Xəbər lenti