Logo

BSU-da magistrantların elmi-pedaqoji təcrübəsinin yekunlarına dair hesabat konfransı keçirilib

06.05.2025 14:22 59 baxış
IMG

Mayın 5-də Bakı Slavyan Universitetində (BSU) 2024-2025-ci tədris ilində magistrantların elmi-pedaqoji təcrübəsinin yekun konfransı keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və magistrantlar iştirak ediblər.

Konfransda çıxış edən BSU-nun Magistratura və doktorantura şöbəsinin müdiri Elnur Kəlbizadə elmi-pedaqoji təcrübənin statistik göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, 18 kafedradan 69 nəfər professor-müəllim heyətinin rəhbərliyi altında 126 nəfər magistrant elmi-pedaqoji təcrübə keçib. Onlardan 5 nəfəri əcnəbi magistrantlardır.

BSU-nun Tədris məsələləri üzrə prorektoru Fikrət Cahangirov təcrübə prosesinin magistrantların gələcək elmi və pedaqoji fəaliyyətlərində mühüm rol oynayacağını vurğulayıb. O bildirib ki, elmi və pedaqoji təcrübə magistrantların bilik və bacarıqlarını tətbiq etməsi, akademik mühitdə praktik təcrübə qazanması üçün mühüm mərhələdir.

BSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Nailə Xəndan çıxış edərək elmi-pedaqoji təcrübənin magistrantların fəallıqları ilə yadda qaldığını və tələbələrin hazırladıqları dərs nümunələrinin keyfiyyətli təqdimatlar əsasında təşkil edildiyini bildirib.

Konfransın yekununda təcrübə prosesini əks etdirən video çarx nümayiş olunub.

 

 


 

Xəbər lenti