Logo

“Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda görüş keçirilib

19.04.2025 16:02 52 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında “Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru Xumar Məmmədova Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. 

Qeyd olunub ki, növbəti dəyirmi masa da məhz bu Sərəncam çərçivəsində təşkil edilib.

Daha sonra Ümumi hüquq kafedrasının müəllimləri Əziz Qasımov və Yunis Xəlilov çıxış edərək, gənclər arasında hüquq mədəniyyəti və düşüncəsinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmənin artırılmasının zəruriliyindən bəhs ediblər. Natiqlər  bildirib ki, Gənclər siyasəti ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyır, bu istiqamətdə çoxşaxəli tədbirlər həyata keçirilir və  bu əsasda gənclər arasında hüquq və qanunvericilik barədə məlumatlılıq səviyyəsinin artırılması davamlı diqqətdə saxlanılmalıdır.

Müzakirə şəklində davam edən tədbirdə iştirakçılar insan və vətəndaş hüquqları və azadlıqları haqqında ətraflı məlumat əldə edib.

 

 

 

 



 

Xəbər lenti