Logo

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova “Tarixi vətənimizə – Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbirdə iştirak ediblər

21.04.2025 15:21 60 baxış
IMG

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Konstitusiya və həmrəylik ili” çərçivəsində “Tarixi vətənimizə – Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbirdə iştirak etmişlər.

TƏHSİL.BİZ xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Daha sonra Ümummilli Liderin şərəfli həyat yolunu əks etdirən foto-eksponatlara baxış keçirilmişdir.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbiri açıq elan edərək Qərbi Azərbaycan həqiqətlərinin regionlarda səsləndirilməsinin önəmini qeyd etmişdir.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd İcmasının sədri, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, əməkdar jurnalist Telli Pənahqızı çıxış edərək Qərbi Azərbaycana qayıdışın ümummilli məsələ olduğunu, soydaşlarımızın vətən həsrətinin tezliklə bitməsinə dərin inamlarını ifadə etmişlər.

 


 

Xəbər lenti