Logo

Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur

21.04.2025 14:14 98 baxış
IMG

Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur.

TƏHSİL.BİZ  "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, belə bir institutun mərkəzi Bakı ola bilər:

"Eyni zamanda, türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu, hətta ortaq universitetlərdən də vacibdir.
Bununla bərabər, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin də vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır".

Xəbər lenti