Logo

Bakı Slavyan Universitetinə yeni prorektorlar təyin edilib

20.04.2025 13:19 44 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Bakı Slavyan Universitetinə yeni prorektorlar təyin edilib.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev sosial media səhifəsində paylaşım edib.

Bildirilib ki, aprelin 16-da yeni təyin edilmiş prorektorlar kollektivə təqdim edilib.

Belə ki, Tədris məsələləri üzrə prorektor vəzifəsinə Fikrət Cahangirov, Sosial məsələlər və ictimayyətlə əlaqələr üzrə prorektor vəzifəsinə isə Nigar Babayeva təyin edilib.

Filologiya elmləri doktoru, professor Fikrət Cahangirov buna qədər 35 ilə yaxın ADU-da laborant, kafedranın müəllimi, dekan müavini, kafedra müdiri və fakültə dekanı vəzifələrində çalışıb, 8 il AAK-da filologiya elmləri üzrə ekspert şurasının üzvü, sədr müavini və sədri olub.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Babayeva 25 ilə yaxın BSU-da kafedranın müəllimi, kafedra müdiri və fakültə dekanı vəzifələrində çalışıb.

1/4



 

Xəbər lenti