Logo

NDU EURIE 2025-də təmsil olunub

16.04.2025 14:54 139 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə və Nəşriyyat direktoru Məhəmmədəli Məmmədli Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə 8-10 aprel 2025-ci il tarixində İstanbul şəhərində keçirilən “EURIE 2025 Ali Təhsil Sammitində” iştirak ediblər.

NDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, İstanbul Aydın Universiteti ev sahibliyində EURAS, YÖK, DEİK, Yükseköğretim Kalite Kurulu, TÜBİTAK və s. qurumların birgə əməkdaşlığı ilə keçirilən konfrans çərçivəsində Avrasiya Universitetlər Birliyinə üzv ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə EURAS forumu keçirilib.

Sammit çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələri aparılıb, təhsil sərgisi təqdim olunub.

 

 

 

 


 

Xəbər lenti