ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar”ı riyaziyyatı qeyri-ənənəvi metodlarla öyrənməyə dəvət edir.
TƏHSİL.BİZ xəbər verir ki, ADA Universitetinin təşkil etdiyi “Sərhədsiz riyaziyyatçılar” layihəsinin əsas məqsədi şagirdlərdə riyazi analitika və məntiqi təfəkkürün inkşafı, nəzəri biliklərin praktika ilə birləşdirilərək şagirdlərin olimpiada səviyyəsində biliklərə yiyələnməsidir.
Layihə çərçivəsində dərslər 28-29 aprel tarixlərində Şəkidə, 7-8 mayda Qazaxda, 14-15 mayda Gəncədə, 19, 21 və 23 mayda isə Bakı şəhərində təşkil olunacaq.
Qeydiyyat Şəki-Zaqatala, Qazax-Tovuz, Gəncə-Daşkəsən Regional Təhsil idarələri tərəfindən aparılacaq.
Son müraciət tarixi 1 maydır. Seçim mərhələsində iştirak və qeydiyyat üçün keçid:
ada.edu.az/sr