Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Beynəlxalq Təlim Aylığı çərçivəsində universitetdə qonaq olan əcnəbi professor heyətini qəbul edib.
Bu barədə universitetdən TƏHSİL.BİZ-ə məlumat verilib. Bildirilib ki, görüşdə Türkiyə, Özbəkistan, Amerika və Yaponiyadan olan təlimçilər və universitetin rəhbər heyəti iştirak edib.
Rektor Elbrus İsayev professorların dəvəti qəbul edib Beynəlxalq Təlim Aylığı müddətində universitetdə iştirakını yüksək qiymətləndirib. Professorlar ilə universitet əməkdaşlarının ortaq elmi-tədqiqatlarının uğurlu nəticələr qazandırdığını qeyd edib. Eyni zamanda bu əməkdaşlıqlardan gələcəkdə daha böyük layihələrin yaranacağını əlavə edib.
Bu semestr universitetdə qonaq olan əcnəbi professorlar keçirilən təlimlərdə böyük maraq və təşəbbüskar fəaliyyət olduğunu vurğulayıb. Təlimlərdə müzakirələrin yaddaqalan olduğunu və daha sıx əməkdaşlıqların qurulduğunu bildiriblər.
Qeyd edək ki, “Beynəlxalq təlim aylığı” çərçivəsində 6 fərqli ölkədən (ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistan) 21 təlimçi NDU-da 5 sahə (təhsil, elm, beynəlmiləlləşmə, resurslar, dayanıqlılıq) üzrə 21 mövzuda təlim keçir. Təlimlər 3 dildə (azərbaycan, türk və ingilis) aparılır. Həmçinin təlimlərdə muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq iştirak edə bilir. Təlimi uğurla başa vuran iştirakçılara sertifikat verilir.