Logo

“Hər kitab bir xəzinədir” adlı sosial layihə yekunlaşıb

30.04.2021 13:07 85 baxış
IMG

“Hər kitab bir xəzinədir” adlı  sosial layihə başa çatıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş layihə çərçivəsində məktəbli, valideyn və pedaqoji işçilər iştirak edib. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşıblar.

 

Qeyd edək ki, 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir.

Xəbər lenti