Logo

BSU-da “TəhsilPlus” kartı ilə bağlı müzakirə formatında görüş keçirilib

14.05.2025 12:24 85 baxış
IMG

Mayın 12-də Bakı Slavyan Universitetində (BSU) müəllimlər üçün sosial-iqtisadi dəstəyin gücləndirilməsi məqsədilə tətbiq olunacaq “TəhsilPlus” kartı ilə bağlı müzakirə formatında görüş təşkil olunub.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, görüşdə BSU-nun rektoru Anar Nağıyev, Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev və BSU-nun müəllim heyəti iştirak ediblər.

Görüşü giriş nitqi ilə açıq elan edən BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, Təhsilin İnkişafı Fondu yaradıldığı zamandan təhsil sahəsində dövlət-özəl tərəfdaşlığı istiqamətində bir sıra birgə proqram və layihələr həyata keçirir. Rektor bildirib ki, Fondun icra etdiyi fəaliyyətlər həm tələbələr, həm də müəllimlər üçün böyük imkanlar yaradır. Bu imkanlar ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin və gəncliyin inkişafı naminə həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Müxtəlif dövlət proqramları təhsilin həm ölkə daxilində, həm də xaricdə təşviqinə və inkişafına geniş dəstək verir. Sözügedən layihələr həmin proqramların tərkib hissəsi olaraq, cəmiyyətimizin gələcəyinə əhəmiyyətli töhfələr verir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən həyata keçirilən layihələr, görülən işlər, tələbələr üçün istifadəyə verilmiş “TələbəPlus” kartı və yaxın zamanda tətbiq olunacaq “TəhsilPlus” kartı barədə ətraflı məlumat verib. O, müzakirə formatında təşkil olunan görüşün əsas məqsədinin təhsil sahəsində fəaliyyət göstərən şəxslərin ehtiyaclarını müəyyənləşdirmək olduğunu qeyd edib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev isə İttifaq tərəfindən təhsil işçilərinə təklif olunan imkanlar, o cümlədən yollayışların verilməsi və təşkil olunan düşərgələr barədə geniş məlumat təqdim edib. Araz Paşayev gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələri də müəllim heyətinin diqqətinə çatdırıb.

Görüş zamanı geniş müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib, iştirakçıların təklifləri dinlənilib.

 

 

 

 


 

Xəbər lenti