Logo

Emin Əmrullayev: Nazirlik qanun pozuntularına reaksiya verir

29.09.2025 08:51 62 baxış
IMG

Elm və Təhsil Nazirliyi hüquq-mühafizə orqanı deyil.

TƏHSİL.BİZ APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə qanun pozuntularına cəza verilməsi hallarına münasibət bildirərkən deyib.

O bildirib ki, nazirlik tənzimləyici qurumdur və hər bir halda qanun pozuntusuna reaksiya verir.

“Mənə elə gəlir ki, məktəblərdə qanun pozuntuları o vaxta qədər davam edəcək ki, nə vaxt bizim cəmiyyət anlayacaq ki, bu davranış qəbuledilməzdir. Yəni biz bu prosesi hamı ilə birlikdə etməliyik ki, məktəbdaxili qaydalara hamı riayət etsin", - nazir qeyd edib.

Xəbər lenti