Logo

Bakıda beynəlxalq innovasiya sammiti başlayıb

29.09.2025 10:07 83 baxış
IMG

Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə beynəlxalq INMerge İnnovasiya Sammiti (INMerge Innovation Summit 2025) öz işinə start verib.
 

TƏHSİLBİZ -in məlumatına görə, iki gün davam edəcək sammitdə müasir texnologiyalar və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, aparıcı özəl sektor təmsilçiləri, sənaye liderləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. 

Sammit çərçivəsində “İnsan-Al Dövrü: Sənaye 4.0-da bacarıqların, rolların və öyrənmələrin yenidən müəyyənləşdirilməsi”, “Yaradıcı insanları nə maraqlandırır? Yaradıcı təşkilatın strukturlaşdırılması və fəaliyyət göstərməsi”, “Al – Növbəti İntibah”, “Məlumata əsaslanan qərarlar: Analitika və Al ilə Ağıllı Müəssisələrin genişləndirilməsi”, “Akademiya və Sənaye Körpüsü: Sənaye 4.0 İstedad Boru Kəmərinin qurulması”, “Təhsil–Sahibkarlıq Boru Kəməri: Biliyin Milli İnkişafa çevrilməsi” kimi mövzular ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, “Azərbaycan müəllimi” “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən bu beynəlxalq sammitin rəsmi informasiya tərəfdaşıdır.


 

Xəbər lenti