Logo

İlber Ortaylı: Təhsil sahəsindəki əməkdaşlıqdan məmnun qaldım

29.09.2025 10:23 79 baxış
IMG

"Naxçıvanda gördüklərim məni valeh etdi və qürurlandırdı. Orada hətta kəndlərdə belə musiqi məktəbləri fəaliyyət göstərir, Naxçıvan Dövlət Universitetinin nəzdində isə 150 nəfərlik simfonik orkestr mövcuddur. Mən öz-özümə sual verdim: “Niyə Mustafa Kamal Atatürkün dövründə “musiqi inqilabı” elan edilən Türkiyədə bu cür təcrübə yoxdur?”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirlər məşhur türkiyəli tarixçi, professor İlber Ortaylının “Hürriyet” qəzetində bazar günü dərc olunmuş yazısında əksini tapıb.

“Məmnuniyyətlə müşahidə etdiyim başqa bir şey isə Təhsil Nazirliyimizlə təhsil sahəsində olan əməkdaşlıqdır. Bu, illərdir davam edən bir prosesdir. Universitetlərimizdə azərbaycanlı tələbələr, Azərbaycanda isə türkiyəli tələbələr var. Gənclərimiz konservatoriyada musiqi fakültəsinin tələbələrindən tutmuş mühəndislik, ədəbiyyat, tarixə qədər müxtəlif sahələrdə qarşılıqlı təhsil alırlar”, – əlavə edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə Naxçıvan Muxtar Respublikasına etdiyi dördgünlük səfər təəssüratlarını bölüşən alim əlavə edib ki, azərbaycanlılar Türkiyəyə və onun mədəniyyətinə böyük maraq göstərirlər, bu xüsusilə gənc tələbələr arasında özünü daha çox büruzə verir.

Xəbər lenti