“Süni intellekt vasitəsilə müxtəlif platformaların – OpenAI, Node.org və digərlərinin imkanlarını tədrisə uyğunlaşdırmaq və onları birbaşa pedaqoji sahə, müəllimlərin rolu və təhsillə bağlı çağırışlara tətbiq etmək mümkündür”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Bakıda keçirilən beynəlxalq “INMerge” İnnovasiya Sammitinin “Akademiya və sənaye körpüsü: Sənaye 4.0 İstedad Boru Kəmərinin qurulması” adlı panel müzakirəsində “GB ventures” şirkətinin İdarə Heyətinin üzvü Albert Benbunan bildirib.
O qeyd edib ki, süni intellekt bizə fərdiləşdirilmiş, bir-birinə yönəlmiş öyrənmə imkanı verir: “Artıq bütün qrup üçün ən aşağı ortaq səviyyəyə enməyə ehtiyac yoxdur. Biz real vaxtda hər kəsin fərdi ehtiyaclarına uyğunlaşa bilirik”.
O həmçinin vurğulayıb ki, süni intellektin əsas üstünlüyü yalnız məzmun yaratmaq deyil, öyrənməni fərdiləşdirmək və onu real həyata daha uyğun etməkdir:
“Məsələn, biz ilk dərsin əvvəlində iştirakçılardan bir təklif vermələrini istəyirik. Daha sonra dördüncü və ya beşinci dərsdə artıq öyrəndikləri biliklər əsasında həmin təkliflə bağlı cavablar verirlər. Cavabları təhlil edərək qiymətləndiririk və görürük ki, insanlar cəmi beş dərsdə 10 bal üzərindən orta hesabla 3,5 səviyyə irəliləyirlər. Bu, süni intellektin öyrənməni ölçmək və inkişafı izləmək üçün real imkanlara malik olduğunu göstərir”.
Natiq sonda bildirib ki, süni intellektin tədris prosesində tətbiqi çətin olsa da, nəticələr ümidvericidir: “Mən artıq 17 ildir ki, ali biznes təhsilində süni intellekt üzrə dərs deyirəm və bu texnologiyanın imkanları məni hələ də heyran edir”.