Logo

Nazir: Azərbaycan texnologiya sahəsində liderliyini möhkəmləndirməyə iddialıdır

29.09.2025 12:14 49 baxış
IMG

“Azərbaycan texnologiya sahəsində lider mövqeyini möhkəmləndirməyə iddialıdır”.

TƏHSİL.BİZ -in məlumatına görə, bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində səsləndirib.

M.Cabbarov bildirib ki, ölkə innovasiya və texnologiya sahələrində rəqabət qabiliyyətini artırmaq üçün mühüm tədbirlər görür:

“Biz müasir iqtisadiyyatın inkişafına nail olaraq neft-qaz asılılığını minimuma endirmək istiqamətində ardıcıl addımlar atırıq”.

Nazir qeyd edib ki, Azərbaycan iqtisadiyyatı sabit artım mərhələsinə qədəm qoyub və əsas hədəf bu artımı davamlı etməkdir. Azərbaycanın müasir iqtisadi siyasətinin mərkəzində iqtisadiyyatın şaxələndirilməsi və milli sərvətlərdən asılılığın azaldılması dayanır:

“Son iyirmi ildə ölkəmizdə qeyri-dövlət sektoruna yönəldilən ümumi investisiya həcmi 200 milyard ABŞ dollarını ötüb. Bu məbləğin təxminən 3,5 milyard ABŞ dolları xarici sərmayələrin payına düşür. Buraya həm dövlət, həm də özəl sektorun daxili investisiyaları daxildir. Bu rəqəmlər təkcə miqyas baxımından deyil, həm də qeyri-dövlət sektoruna yatırılan vəsaitlərin prioritetini əks etdirməsi baxımından önəmlidir”.

Xəbər lenti