Məktəblər arasında respublika çempionatının basketbol idman növü üzrə rayon mərhələsi yekunlaşıb.
TƏHSİL.BİZ xəbər verir ki, rayon mərhələsinin nəticəsinə əsasən, oğlanlar arasında Qaradağ rayonu üzrə 184, Binəqədi rayonu üzrə 335, Yasamal rayonu üzrə 60, Xətai rayonu üzrə 269, Nizami rayonu üzrə 145, Nərimanov rayonu üzrə 39, Sabunçu rayonu üzrə 169, Xəzər rayonu üzrə 124, Pirallahı rayonu üzrə 168 nömrəli tam orta ümumtəhsil məktəbləri, Nəsimi rayonu üzrə Elitar Gimnaziya, Suraxanı rayonu üzrə Səttar Bəhlulzadə adına Xarici dillər Təmayüllü Gimnaziya, Səbail rayonu üzrə 6 nömrəli məktəb-lisey basketbol idman növü üzrə zona mərhələsinə vəsiqə qazanıblar.
Qızlar arasında isə Xətai rayonu üzrə 260, Nəsimi rayonu üzrə 5, Qaradağ rayonu üzrə 184, Binəqədi rayonu üzrə 335, Yasamal rayonu üzrə 60, Suraxanı rayonu üzrə 196, Nizami rayonu üzrə 251, Sabunçu rayonu üzrə 80, Pirallahı rayonu üzrə 168, Xəzər rayonu üzrə 326 nömrəli tam orta ümumtəhsil məktəbləri, Nərimanov rayonu üzrə “Ankara məktəbi” məktəb-liseyi, Səbail rayonu üzrə 6 nömrəli məktəb-lisey basketbol idman növü üzrə zona mərhələsində iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Respublika çempionatının keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, şagirdlər arasında sağlam və aktiv həyat tərzini təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisini, sinifdənxaric və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini daha da təkmilləşdirmək, idmançıların yarış təcrübəsini artırmaq, idman federasiyaları ilə əməkdaşlığı genişləndirmək, təhsil müəssisələrinin idman bazalarından səmərəli istifadəni təşkil etməkdən ibarətdir.