Logo

NDU “UI GreenMetric 2025” reytinqində irəliləyib

08.12.2025 14:26 30 baxış
IMG

Naxçıvan Dövlət Universiteti “UI GreenMetric 2025” reytinqində irəliləyib.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə NDU-nun rektoru Elbrus İsayev paylaşım edib. 

O bildirib ki, “GreenMetric World University Rankings 2025” nəticələri açıqlanıb: “Qiymətləndirməyə əsasən, Naxçıvan Dövlət Universiteti 6435 bal toplayaraq Azərbaycanda qiymətləndirilən 19 ali təhsil müəssisəsi arasında 6-cı, dünya üzrə 1745 universitet arasında 628-ci yerdə qərarlaşıb”.

Qeyd edək ki, “UI GreenMetric” reytinqinin əsas məqsədi universitetləri ekoloji problemlərin həllinə daha fəal cəlb etmək, kampuslarda davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etməkdir. Reytinq qiymətləndirməsi kampusların təbii mühitə təsiri və infrastruktur həlləri, enerji siyasəti və iqlim dəyişikliklərinə təsirin azaldılması, kağız istifadəsinin optimallaşdırılması və rəqəmsallaşma, su resurslarının səmərəli idarə edilməsi, nəqliyyatın ekoloji cəhətdən dayanıqlılığı, ekoloji mövzularda tədrisin təşkili, ekoloji araşdırmalara ayrılan resurslar və davamlılıqla bağlı elmi nəşrlərin sayı meyarları üzrə aparılır.

Xəbər lenti