Dekabrın 8-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin müşaviri Aziz Meliboyev ilə görüşüb.
TƏHSİL.BİZ xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.