Logo

İstanbulda “Dünəndən bu günə Qarabağ” mövzusunda konfrans keçirilib

19.10.2020 12:33 65 baxış
IMG

İstanbulda “Dünəndən bu günə Qarabağ” mövzusunda konfrans keçirilib.

 

Tehsil.biz xəbər verir ki, tədbir Türkiyənin Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek və Türk Ocaqlarının rəhbəri Harun Güvəndi tərəfindən təşkil edilib. Konfransda Azərbaycan haqqında həqiqətləri iştirakçıların diqqətinə çatdıran İ.Öztek ABŞ rəsmilərinin qeydlərinə əsasən ermənilərin türklərə qarşı qətliamları haqqında məlumat verib: “ABŞ tərəfindən aparılan qeydlərdə 2,5 milyon müsəlman türkünün ermənilər tərəfindən qətlə yetirildiyi öz əksini tapıb. Bu faktlar Amerikanın sabiq liderlərinin köməkçiləri və dövlət xadimləri tərəfindən səsləndirilib. Bunlar bizim çox məşhur tarixçi professorlarımız tərəfindən aparılan araşdırmalarda də öz təsdiqini tapıb. Elm adamlarımız ermənilərin türklərə qarşı işlədikləri soyqırımları tək-tək araşdıraraq yazıblar. Bu soyqırımlar əsrlərboyu davam edib. İşğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağ, eləcə də Xocalı və Azərbaycanın digər bölgələrində soyqırımların törədildiyi də dünya miqyasında öz təsdiqini tapıb. Bütün bunların qarşısında Ermənistan liderinin yeganə sığınacaq yeri özləri tərəfindən uydurulan yalanlardır. Qarabağ əsrlərboyu türk yurdu olub. O bölgədəki tarixi abidələrə, heykəllərə, qəbirlərə və qayaların üstündəki yazılara baxdıqda Qarabağın hər guşəsinin türk əsərləri ilə dolu olduğunu görməmək mümkün deyil. Hələ 1813-cü və 1828-ci illərdən əvvəlki tarixə nəzər salındıqda bugünkü Ermənistan dövlətinin olduğu ərazidə yaşayan ermənilərin, ümumi əhalinin 5-7 faizini təşkil etdiyini görmək olar. Əhalinin qalan hissəsini isə türklər təşkil edib. Anadoludan və İrandan bu coğrafiyaya köç edən ermənilərlə burada Ermənistan yaradılıb. Ermənilər tərəfindən də ad olaraq istifadə olunan Qarabağ və ya bölgənin paytaxtı Xankəndi əsl türk adlarıdır. Bu bölgələrin erməni dilində adları yoxdur. Ermənilərin Qarabağa sahib olmaq üçün heç bir əsaslı səbəbləri və sübutları da yoxdur”.

 

Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

AZƏRTAC

Xəbər lenti