Logo

“KİVDF-nin kibertəhlükəsizliklə bağlı təlimlərə start verməsi indiki məqamda ikiqat əhəmiyyətlidir”

24.10.2020 14:33 63 baxış
IMG

Cahangir Məmmədli: “İnanıram ki, bu qurumun qol qoyduğu hər bir iş uğurlu olacaq”

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləviİnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və“Evrodizayn” şirkəti tərəfindən jurnalistlər üçün onlayn formatda təlim keçiriləcək.

 

Maraqlıdır, Vətən Müharibəsinin davam etdiyi, bumüharibədə media cəbhəsinin də hərbi cəbhə qədər böyük önəm kəsb etdiyi,jurnalistlərin də əsgər əzmi ilə döyüşdüyü bir zamanda, medianın özünün təhlükəsizliyiilə bağlı bu cür tədbirlərin keçirilməsi nə dərəcədə önəmlidir? Düşmənininformasiya müstəvisindəki təxribatlarını ifşa edən, Azərbaycan həqiqətlərinidünya ictimaiyyətinə çatdıran milli mediamızı bütün hücumlara, eləcə də kiberhücumlara qarşı daha dayanıqlı hala gətirmək indiki məqamda ikiqat əhəmiyyətlibir addım kimi dəyərləndirilə bilərmi?

 

Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasınınmüdiri, professor Cahangir Məmmədli KİVDF-nin bu təşəbbüsünü yüksək qiymətləndirdiyinibildirdi:

 

“Vətən Müharibəsinindavam etdiyi bir zamanda jurnalistlərimizin, mediamızın birləşdiyi, birgəmübarizə ortaya qoyduğu göz önündədir. Hansı ki, mən bu birliyi “Birləşmiş AzərbaycanJurnalistləri” adlandırıram.

 

Jurnalistlərimiz həm ön,həm də arxa cəbhədə böyük əmək sərfedirlər. Onlar həm ön xətdə baş verən yeniliklərlə bağlı cəmiyyətimizi məlumatlandırır,həm də arxa cəbhədə ermənilərin yalan, təxribat xarakterli informasiyalarınıifşa edir, onların media müstəvisindəki təxribatlarının qarşısını alırlar. Bubaxımdan Azərbaycan jurnalsitikasının bugünkü fəaliyyəti olduqca önəmlidir və yəqinki, gələcəkdə jurnalistikamızın indiki dönəmi tədqiqat obyektinə çevriləcək.

 

KİVDF-də yeni rəhbərlikvar və bu yeni rəhbərlik sözün həqiqi mənasında xeyli dərəcədə müsbər irəliləyişənail olub. KİVDF-nin mediada kibertəhlükəsizliklə bağlı təlimlərə start verməsi,jurnalistlərimizi maarifləndirməsi, onların təcrübəsinin, peşəkarlığınınartırılması istiqamətində iş aprması təqdirəlayiqdir. Bu, həm də KİVDF-nin öz vəzifəsininmahiyyətini doğru anladığını, bunu yerinə yetirmək üçün konkret addımlaratdığını göstərir. Dünyanı biz jurnalistlər məlumatlandırsa da, jurnalistlərinözünü də məlumatlandırmaq vacibdir. Ona görə vacibdir ki, jurnalistlər öz işlərinidaha peşəkarcasına qursunlar, düşmən təxribatlarına qarşı daha effektiv mübarizəaparsınlar.

 

KİVDF ciddi şəkildə fəaliyyətəbaşlayıb. Əminəm ki, bu və bu kimi təlimlərə əsl peşəkarlar dəvət ediləcək. Inanıramki, KİVDF-nin qol qoyduğu hər bir iş uğurlu olacaq və biz də bu məsələlərdə özköməyimizi əksik etməyəcəyik”.

Xəbər lenti