Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günlərinə start verilib

29.07.2021 12:05 338 baxış
IMG

28-30 iyul tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günlərinə start verilir.

       

Tədbirdə işəgötürən müəssisələrin nümayəndələri, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, müəllimlər, valideynlər, Qəbələ və ətraf rayonların sakinləri və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları iştirak edir.

       

Tədbir zamanı qonaqlara Təhsil Mərkəzi haqqında ətraflı məlumat verilir. Qonaqlar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olur, master klasslarda iştirak edir və “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişçi”, “Xalçaçı” və digər ixtisaslar üzrə kadr hazırlanması şəraiti ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər.

       

Açıq Qapı günləri çərçivəsində Mərkəzə infoturlar təşkil olunur, emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi və tədbirin xüsusi qonaqları ilə tanışlıq və işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilir.

       

Tədbir iştirakçılarına peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin mühüm bir addım olduğu, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilməkdədir.

       

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən info turlarda iştirak edən ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında məsləhət və tövsiyələr verilir və uğur hekayələri paylaşılır.

       

Qeyd edək ki, tədbir mövcud karantin qaydalarına uyğun müvafiq qaydalara əməl olunmaqla təşkil edilir.

Xəbər lenti