Logo

Bakı Ali Neft Məktəbinin 10 məzunu “SOCAR Downstream”də işə başlayıb 

23.12.2021 09:56 1348 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma işlərini həyata keçirən “SOCAR Downstream” şirkətində işə başlayan məzunlarla görüşüb.
 
Elmar Qasımov məzunları işə başlamaları münasibətilə təbrik edərək bildirib ki, BANM hər zaman tələbə və məzunlarının yanındadır və  onların işlə təminatına önəm verilir. Rektor qeyd edib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bütün məzunların işlə təmin olunmasına dəstək göstərilir. Elmar Qasımov Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbərliyində çalışanlar arasında BANM məzunlarının da olduğunu, “SOCAR Downstream” şirkətində müxtəlif illərdə Kimya mühəndisliyi ixtisasının məzunu olan 10 nəfərin işə başladığını vurğulayıb. O, həmçinin bildirib ki, BANM  məzunlarının işə qəbul olunmaları SOCAR rəhbərliyinin də diqqətindədir və bu diqqətin nəticəsidir ki, məzunlar müəssisələrdə işlə təmin olunurlar.
 
Rektor işə qəbul olmaları münasibətilə onlara xoş arzularını çatdırıb, çalışdıqları müddətdə işlərinə məsuliyyətlə yanaşmaları, bilik və təcrübələrini müəssisənin inkişafı üçün səfərbər etmələrini tövsiyə edib.  

 Məzunlar da yaradılan şərait və dəstək üçün Bakı Ali Neft Məktəbinin rektoruna minnətdarlıqlarını ifadə edib, Ali Məktəbdə qazandıqları bilik və bacarıqları tətbiq edərək çalışdıqları müəssisəyə töhfə verəcəklərini bildiriblər.

Xəbər lenti