Logo

Təhsil naziri rektorlarla onlayn görüşüb

08.04.2021 19:35 254 baxış
IMG

Aprelin 8-də təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

 

Görüşdə ali təhsil müəssisələrində çalışan professor-müəllim və inzibati heyətin vaksinasiya prosesinin səmərəli həyata keçirilməsi, pandemiya dövründə tədrisin təşkili, eləcə də universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barədə müzakirələr aparılıb.

 

Həmçinin universitetlərin elmi potensialının artırılması və ali təhsilin müxtəlif səviyyələrində davamlı keyfiyyətli təhsilin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti