Logo

Britaniya Erasmus tələbə mübadiləsi proqramında iştirakını dayandırıb

22.04.2024 10:00 180 baxış
IMG

Böyük Britaniyanın Avropa Komissiyasının Erasmus tələbə mübadiləsi proqramını yeniləməklə bağlı təklifini qəbul etməyib.

Tehsil.biz xəbər verir ki, bununla da, britaniyalılar Avropa İttifaqında və Aİ vətəndaşları Birləşmiş Krallıqda daha asan şərtlərlə təhsil almaq imkanından məhrum olublar.

Qeyd edək ki, 1987-ci ildə təsis edilmiş Erasmus tələbə mübadilə proqramı (European Region Action Scheme for the Mobility of University Students) 18-30 yaşlı şəxslərin vətəndaşı olmadığı ölkədə 4 il müddətinə daha asan şərtlərlə təhsil almağa və işləməyə imkan verirdi.

Ekspertlərin qənaətinə görə, proqramın yenilənməməsindən əsasən Aİ vətəndaşları əziyyət çəkəcək.

Xəbər lenti