Logo

“Yusup Abdrahmanov: dövlətçilik və qardaşlıq bağları” mövzusunda tədbir keçirilib - FOTO

22.04.2024 11:49 114 baxış
IMG

Beynəlxalq Türk Akademiyasında Qırğızıstanın görkəmli dövlət xadimi Yusup Abdrahmanova həsr olunmuş “Yusup Abdrahmanov: dövlətçilik və qardaşlıq bağları” mövzusunda tədbir keçirilib.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Qırğızıstan Respublikası Prezidentinin müşaviri Arslan Koyçiyev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Nazarbayev Universitetinin professoru Uli Şamiloğlu, həmçinin Avrasiya Milli Universitetinin professorları Amantay Şarip və Janat Aimukhambet iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Şahin Mustafayev vurğulayıb ki, Yusup Abdrahmanovun irsi türk xalqları arasında qardaşlığın və tarixi bağlılığın mahiyyətini simvollaşdırır.

Bildirilib ki, ötən əsrin tanınmış dövlət və ictimai xadiminin həyat yolu və gördüyü işlər Türk dünyasının tərəqqisinə yönəlib.

Qırğız Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Dastan Dyuşekeev belə tədbirlər vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində göstərdikləri əvəzsiz səylərə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

Xəbər lenti