Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir. Proses 14 - 21 aprel tarixlərində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir.
Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır.
Elektron qeydiyyat prosesinin qaydaları barədə aşağıdakı videotəlimat vasitəsilə daha ətraflı tanış ola bilərsiniz.
https://www.youtube.com/watch?v=mc9ihn8_pqo&feature=emb_logo