Logo

Çinli alimlər Beynəlxalq Türk Akademiyası ilə əlaqələr qurmaqda maraqlıdırlar

25.11.2024 14:32 30 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Çin Xalq Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin nümayəndələri ilə görüşüb. Çin nümayəndə heyətinə İnformasiya və ictimai diplomatiya departamentinin rəhbəri Li Quanqzuo və səfirliyin üçüncü katibi Tan Lu daxildir.

Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə Şahin Mustafayev qurumun əsas fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. O, akademiyanın türk xalqlarının tarixi, mədəniyyəti və dillərinin öyrənilməsinə yönəlmiş davamlı elmi layihələrini diqqətə çatdırıb.

Çin səfirliyinin nümayəndələri çinli alimlərin Beynəlxalq Türk Akademiyası, eləcə də təşkilata üzv olan ölkələrin akademik dairələri ilə əlaqələr qurmaqda maraqlı olduqlarını vurğulayıblar.

Xəbər lenti