Logo

BMU tələbəsi: Şadam ki, COP29-un bir parçası da biz könüllülər olduq

25.11.2024 14:44 29 baxış
IMG

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycan gəncləri könüllü olaraq iştirak etdilər. Onların arasında Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də var idi.

Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan bildirilib. Kimya-biologiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Günel Məmmədli artıq başa çatan beynəlxalq tədbirlə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, “Protokol Könüllüləri”nə seçilərkən hədsiz sevinib, çünki bu mötəbər beynəlxalq sessiyanın bir parçası olmaq demək idi. Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə etimaddan, xalqımızın sahib olduğu dəyərlərə hörmətdən irəli gəlirdi və bunu bilmək hər bir gənc kimi onda da qürur hissi yaradırdı.

Günel düşünür ki, qlobal iqlim konfransında könüllü olmaqla təkcə texniki məsələlərə kömək göstərməyib, eyni zamanda, COP29-un dünyanın ekoloji təhlükələrdən qorunması üçün bütün ölkələrin birgə həyəcan siqnalı çaldığı, iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə bərabər çıxış yolları axtardığı platforma olduğunu daha dərindən öyrənib. Bundan başqa, bu sessiya müstəvisində müxtəlif ölkələrin təmsilçiləri ilə qarşılaşmaq, simalarını tanımaq, onların bəziləri ilə epizodik ünsiyyətə girmək və ölkəmiz haqqında müsbət rəylərini eşitməyin gözəl və fərqli təəssüratlar yaratdığını vurğulayan BMU tələbəsi böyük bir tədbirin könüllüsü olmaqla çox şey qazandığını deyib.

Xəbər lenti