Logo

AzMİU tələbələri Kosmik Agentliyin Mərkəzində olublar

15.05.2025 10:10 105 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sənayenin təşkili və idarə edilməsi kafedrasının təşkilatçılığı ilə davamlı inkişafın idarə edilməsi ixtisası üzrə təhsil alan III kurs tələbələrinin Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) Müşviqabad qəsəbəsində yerləşən Mərkəzinə ekskursiyası təşkil olunub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, kafedra müdiri dosent Ruhəngiz Əliyevanın rəhbərliyi ilə həyata keçirilən səfərdə müəllimlər Q.Şahverdiyeva və Q.Qurbanova  iştirak ediblər. 

Agentliyin əməkdaşları tərəfindən "Azərkosmos"un yaranma tarixi, fəaliyyəti, tədqiqat istiqamətləri və inkişaf sahələri barədə geniş məlumat verilib və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 

 

 

 


 

Xəbər lenti