Logo

AMEA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

15.05.2025 11:46 98 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova ilə görüşüb. Görüşdə AMEA ilə Fondun elmi əməkdaşlıq məsələləri, ortaq layihələri müzakirə olunub.

AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı 2026-cı ildə I Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyi münasibəti təşkil ediləcək sərgilər, elmi konfranslar və kitab təqdimatları haqqında müzakirə aparılıb, habelə Akademiya ilə Fondun ortaq nəşrləri məsələlərinin prespektivləri gündəmə gətirilib.

Müzakirədə, həmçinin 2025-2026-cı illərdə yubileyləri keçiriləcək Türk dünyasının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunan ortaq elmi layihələrin icrası məsələləri üzərində fikir mübadiləsi aparılıb.

Sonda səmimi görüşə görə professor Aktotı Raimkulova akademik İsa Həbibbəyliyə təşəkkür edib və ortaq elmi layihələrin icrasının Türk dünyasının mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişaf baxımından əhəmiyyətli olacağına inamını bildirib.

Xəbər lenti