Mayın 13-dən Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian və Agro” sərgiləri başlayıb.
TƏHSİL.BİZ xəbər verir ki, ümumilikdə 31 ölkədən 450 şirkət iştirak etdiyi sərgilərdə bir neçə universitetimiz də təmsil olunur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki startap layihəsi sərgidə ziyarətçilərə təqdim edilir. Onlardan biri – "Healwith" startapı süni intellekt vasitəsilə xəstə bitkilərin şəkli əsasında diaqnoz qoyur və onların müalicəsi ilə bağlı tövsiyələr verir. Digər layihə – "Vecta" isə torpaqda baş verən dəyişiklikləri real vaxtda izləməklə, hansı qida elementlərinin çatışmazlığını müəyyənləşdirməyə imkan yaradır.
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgilərlə tanış olarkən tələbələrin, o cümlədən ADNSU-nun "Healwith" startapı da dövlət başçısına təqdim olunub.
Qeyd edək ki, artıq milli brendə çevrilmiş "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri Xəzər regionunda kənd təsərrüfatı və qida sənayesi sahəsində ən irimiqyaslı tədbirlər hesab olunur. Sərgilər mayın 16-dək davam edəcək.