Logo

Fuad Qarayev: Burada şagirdlər fərdi yox, komanda şəklində yarışırlar

15.05.2025 15:11 57 baxış
IMG

"Bu olimpiadanı digər yarışlardan fərqləndirən əsas xüsusiyyət odur ki, burada şagirdlər yalnız şahmat üzrə deyil, eyni zamanda müxtəlif istiqamətlərdə - təbiət elmləri, humanitar elmlər, riyaziyyat, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirirlər".

TƏHSİL.BİZ  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, “Zəkaların mübarizəsi” olimpiadasının layihə koordinatoru Fuad Qarayev jurnalistlərə açıqlamasında deyib:

F.Qarayev söyləyib ki, olimpiada iki mərhələdən ibarətdir: regional və respublika mərhələsi. Regional mərhələdə qalib gələn məktəb komandaları bu gün final mərhələsində iştirak edirlər:

"Bu günün sonunda həm şahmat, həm də elm yarışları üzrə qaliblər müəyyən olunacaq. Qaliblərin mükafatlandırılması mərasimi isə yaxın günlərdə baş tutacaq. Bu olimpiadanın digər olimpiadalardan əsas üstünlüyü ondan ibarətdir ki, burada şagirdlər fərdi yox, komanda şəklində yarışırlar. Bu da onlarda ünsiyyət mədəniyyəti, müzakirə bacarığı, liderlik keyfiyyətləri və qərarvermə qabiliyyəti kimi bacarıqları inkişaf etdirir.

Düşünürük ki, Heydər Əliyev Fondu ilə birlikdə təşkil etdiyimiz bu olimpiada həm şagirdlərimiz, həm məktəblərimiz, həm də ümumilikdə təhsil sistemimiz üçün faydalı olacaq.

Fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun rəhbərliyinə istedadlı gənclərimizin inkişafına göstərdikləri diqqət və qayğıya görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Qaliblər Münsiflər Heyəti və Təşkilat Komitəsinin qərarına əsasən müəyyən ediləcək. Hazırda nəzərdə tutulan budur ki, həm şahmat, həm də elm yarışları üzrə üç komanda qalib elan olunacaq. Finala vəsiqə qazanan bütün iştirakçılara “İştirakçı sertifikatı” təqdim olunacaq. Qaliblərə isə kubok, diplom, medal və qiymətli hədiyyələr veriləcək".


 

Xəbər lenti