Logo

ADU Macarıstanda Azərbaycan dilinin tədrisinə başlayıb

18.09.2025 12:44 39 baxış
IMG

Macarıstanın ən qədim ali təhsil ocaqlarından biri olan Eötvös Lorand Universitetində (ELTE) Azərbaycan dili fənnindən ilk dərs keçirilib. Bu, Macarıstanda ali təhsil müəssisəsində Azərbaycan dilinin tədrisinin başlanması baxımından mühüm hadisədir. Dərs Azərbaycan Dillər Universiteti (ADU) ilə ELTE arasında imzalanmış əməkdaşlıq çərçivəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.

Bu barədə TƏHSİL.BİZ -ə ADU-dan məlumat verilib. Bildirilib ki, ilk dərsi Azərbaycan dili müəllimi Fərqanə Bayramlı aparıb. Dərsə qatılan macar tələbələr Azərbaycan dilinə, tarixinə və zəngin mədəniyyətinə böyük maraq göstəriblər. Onlar dilimizi öyrənmək və Azərbaycan mədəniyyətini yaxından tanımaq istəklərini xüsusi vurğulayıblar.

Bu təşəbbüs yalnız iki ölkə arasında təhsil və mədəniyyət əlaqələrinin güclənməsinə deyil, həmçinin xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Xəbər lenti