Logo

LDU-da “Sizləri kimsə unutmaz” adlı ədəbi-bədii kompozisiya keçirilib

29.09.2025 08:50 49 baxış
IMG

Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Sizləri kimsə unutmaz” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə LDU-dan məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü, Vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. LDU-nun 11 şəhid məzununun xatirəsinə həsr edilmiş videoçarx nümayiş edilib.

LDU-nun yaradıcı tələbələrinin ifasında “Sizləri kimsə unutmaz!” adlı tamaşa-kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə tələbələrin vətənpərvərlik, qəhrəmanlıq, şəhidlik mövzusunda çəkdikləri rəsm əsərləri nümayiş etdirilib.

 

 

 

 


 

Xəbər lenti