2-ci “R.M. 90” proqramlaşdırma müsabiqəsinə qeydiyyat başlayıb.
TƏHSİL.BİZ xəbər verir ki, bu dəfə 8, 9, 10 və 11-ci sinif şagirdləri fərdi şəkildə öz biliklərini sınaya biləcəklər.
Azərbaycan proqramlaşdırma müsabiqələrinin banisi, “Şöhrət” ordenli alim Ramin Mahmudzadənin 90 illiyinə həsr olunan bu yarış gənc proqramçıların tanıdılması və gələcək istedadlara yol açmaq məqsədi daşıyır.
Tarix: 18 oktyabr
Saat: 11:00–15:00
Müsabiqə Azərbaycan Texniki Universitetində 18 oktyabr saat 11:00-15:00 tarixində keçiriləcək.
“R.M. 90” müsabiqəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Texniki Universiteti, “Sumgait Innovation HUB” və “ICPC Azerbaijan” icmasının birgə əməkdaşlığı ilə keçirilir.
Qaliblər:
1-ci yer – 3 nəfər
2-ci yer – 3 nəfər
3-cü yer – 3 nəfər
Qeydiyyat üçün link: https://forms.office.com/r/RkbqeqxQcP