Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) 11 məzunu intensiv mühasibatlıq proqramı ilə təhsilini davam etdirir.
TƏHSİL.BİZ xəbər verir ki, proqram Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 15-dək davam edəcək.
Qeyd edək ki, proqramın məqsədi məzunların praktik biliklərini artırmaqdır. Əlavə olaraq müasir proqramlarda işləmə onların bacarıqlarını formalaşdırmaq və rəqabətli əmək bazarına hazırlamaq əsas priorotetlərdəndir.