Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Əmrah Nağıyev Tbilisi Dünya Marafonunda yüksək nəticə göstərib.
TƏHSİL.BİZ xəbər verir ki, o, ümumi sıralamada 6-cı yeri tutaraq ilk onluğa daxil olub. 25–29 yaş kateqoriyasında isə birincilik qazanıb.
Qeyd edək ki, idmançının göstəricisi 10 km + 450 metr məsafə üzrə 35 dəqiqə 8 saniyə olub.