Logo

LDU-nun “Enactus” komandası ilə bağlı infosessiya keçirilib

01.12.2025 12:27 29 baxış
IMG

Lənkəran Dövlət Universitetinin böyük akt zalında “Enactus” komandası ilə bağlı növbəti infosessiyası keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, infosessiya iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

LDU-nun baş elmi katibi, dos. Allahşükür Quliyev “Enactus”un missiyası, fəaliyyəti və sosial sahibkarlığın əhəmiyyəti barədə qısa açıqlama verib. Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dos. Ramiz Şəmmədov informasiya xarakterli belə tədbirlərin tələbələrin maariflənməsində böyük rol oynadığını deyib, əhəmiyyətindən danışıb.

LDU-nun Aqrar və mühəndislik fakültəsinin sosial məsələlər üzrə dekan müavini, “Enactus” komandasının mentoru, dos. Vüsalə Muradova komandanın uğurları, perspektivləri, hədəfləri barədə açıqlama verib. Universitetin “Enactus” komandasının 2024–2025-ci il prezidenti Rəsul Şükürov komandanın uğurları haqqında söz açıb.

İnfosessiyada “Enactus”un fəaliyyətinə dair videoçarxlar nümayiş olunub. 2025-2026-cı tədris ilində “Enactus” komandasının yeni seçilmiş prezidenti Riyad Əhədzadə komandanın gələcək planlarını açıqlayıb.

Sonda komandanın üzvlərinə və mentoruna universitetin “Təşəkkürnamə”ləri təqdim olunub.

Xəbər lenti