Logo

Respublika məktəbləri arasında idman və yaradıcılıq yarışları keçiriləcək

17.04.2024 12:54 216 baxış
IMG

"Respublika məktəbləri arasında idman və yaradıcılıq yarışları təşkil ediləcək".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.

"Bu ildən başlayaraq Gənclər və İdman Nazirliyi ilə birlikdə addımlarımızı atırıq. Məqsədimiz şagirdlərdəki digər bacarıqları da üzə çıxarmaq, istedadlarını müəyyən etməkdir. Ona görə idman və mədəniyyət sahəsi ilə bağlı təmayüllü məktəblərin də sayının artırılmasını istəyirik", - nazir bildirib".

Mərcanə Əsədova

Xəbər lenti