Logo

Əczaçıların vebinarı keçirilib, tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub

15.06.2021 09:57 511 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin rəhbərliyi “Mən əczaçıyam” adlı vebinar təşkil edib. Üç gün davam edən vebinarda  “Tənzimləyici qurum və təşkilatlarda əczaçının yeri və rolu”, “Əczaçıların elmi və praktiki istiqamətləri”, “Əczaçılığın müxtəlif istiqamətləri”  mövzuları ətrafında aktual məsələlər müzakirə olunub. 

 

Vebinarı Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov açıb. O, ölkəmizdə əczaçılığın yaranması tarixindən, əczaçıların təşkilatlarda yeri və rolundan, bu sahədəki bəzi çatışmazlıqlardan, universitetimizin beynəlxalq reytinqinin ilbəil artmasından və digər məsələlərdən söhbət açıb. 

 

Vebinarda İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin Dərman və tibbi vasitələr departamentinin rəhbəri Elmin Quliyev, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Keyfiyyəti İdarəetmə şöbəsinin müdiri Rauf Əfəndiyev, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı İradə Hüseynli,   Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin baş direktor müavini Rüstəm Rüstəmbəkov, “Vivagrup ARGE və İstehsalat” şirkətinin qurucusu Sevinc Kərimzadə, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, ATU-nun Biokimiya kafedrasının assistenti, əczaçılıq elmləri üzrə fəlsəfə doktoru Hikmət Məmmədov, ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini, əczaçılıq elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova, TƏBİB Elmi-Tədqiqat və Təhsil Departamentinin Elmi-tədqiqatların koordinasiyası şöbəsinin müdiri, əczaçılıq elmləri üzrə fəlsəfə doktoru Emil Civişov, Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti şöbəsinin məsul şəxsi Razim Şükürov, “Makromed” LTD-nin Biznesin inkişafı şöbəsinin müdiri Ülviyyə Əzməmmədova, ATU-nun Əczaçılıq kafedrasının doktorantı Aytəkin Qəribli, AMADA-nın Terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini, əczaçılıq elmləri üzrə fəlsəfə doktoru Fərid Əliyev, Hacettepe Universitetinin Farmakoqnoziya kafedrasının assistenti Murat Kutluay, Türkiyənin Sanovel İlaç Sanaye ve Ticaret A.Ş-nin Beynəlxalq tənzimləmə işləri üzrə meneceri Ülkər Quliyeva, Almaniyanın “Bi-aphotheke” şirkətinin mütəxəssisi Bənövşə Mehdiyeva, “Makromed” LTD-nin bBaş direktoru Anar Lətifov və  ATU-nun Farmakoqnoziya kafedrasının assistenti Nərmin Babayeva yaddaqalan çıxışlar ediblər.

 

Geniş diskussiya şəraitində keçən vebinarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti