Logo

Bədbəxtlər üçün motivasiya kitabları

29.06.2021 13:11 514 baxış
IMG

“İnsanın özünü formalaşdırmasından bəhs eləyən kitablar yaşadığımız cəmiyyət haqqında bizə nə deyir? – Brüsseldə yerləşən Sent-Luis Universitetinin sosiologiya üzrə araşdırmaçısı Nikolya Markiz yazır. – Bu, o kitabların işə yarayıb-yaramadığından daha vacib sualdır!”

 

2005-2017-ci illər arasında Fransada “özünəyardım” mövzulu kitabların satışı ildə 10% artmış, bazarları 45 milyon avroya çatmışdı. Deyəsən, hazırda satışlar azalmağa başlayıb, amma belə kitabların sayı yox: 2019-cu ilin sonlarına olan məlumatlara görə, bazara 250 yeni kitab çıxıb!”- “Le Fiqaro” bildirir.
 

“Sözügedən mövzu ilə bağlı aparılan elmi araşdırmaların əksəriyyəti 1990-cı illərə aiddir. Həmin dövrdə bu hal ABŞ-da hələ eksponensial artımı göstərirdi. Araşdırmalar, müəyyən gözlənilən effekti fərqləndirərək- boşanmadan sonra özünə gəlməyin üsullarını, kütlə qarşısında necə daha yaxşı çıxış etməyi, qəzəbin öhdəsindən gəlməyi və s. necə öyrənmək olar – göstərir ki, əksər kitabların faydası psixoterapevtin müdaxiləsinə ekvivalentdir. Lakin eyni zamanda firavan həyat, ya da xoşbəxtlik kimi anlayışları qiymətləndirmək də çətinləşir. Əslində isə araşdırmalar göstərir ki, kitablar, psixologiyadakı davranış yanaşmasından nə qədər çox istifadə eləyirsə, bir o qədər effektiv olur: dəqiq müəyyənləşdirilmiş hədəfə malik olanda öz davranışını yenidən proqramlaşdırmaq mümkündür”, – məqalənin müəllifi Polin Lena vurğulayır.
“Oxucular, insanın çox şeyləri nəzarətdə saxlaya, idarə edə bilmədiyi bir cəmiyyətdə yaşayırlar: telefon necə işləyir, o özünü necə hiss eləyir, uşağı necə doğmalı”, – Nikolya Markiz izah edir. – Onun nəzarəti bərpa etmək tələbatına sözügedən kitabların vədləri cavab verir”. Onlar izah edirlər ki, – hərdən neyrobiologiya sahəsinə aid yeni bilgilərin köməyi ilə – düyünü çözmək üçün gərəkli olan resursları insanın özündə tapmaq mümkündür və çıxılmaz vəziyyət yoxdur.
“Bədbəxtliklə mübarizə aparmaqdan ötrü bizim artıq Allaha pənah aparmaq, magiyaya, ya da caduya ümid etmək imkanımız yoxdur, Ancaq özünü formalaşdırmaqla bağlı kitablar da sehrli təfəkkür prosesinə əsaslanır. Onların effektivliyi isə hazırda mövcud olan dil sferasının prestijinə istinad edir”.
“Geniş yayılmış fikrin əksinə olaraq, adətən, psixoloqlar belə kitabları dəstəkləyir və tez-tez öz pasientlərinə tövsiyə edirlər”, – məqalədə deyilir.
“Bu kitablar pasientlərə psixoloji konsepsiyalar aşılamağa, o cümlədən onlara, tənha olmadıqlarını göstərməyə qadirdir. Nə olsun ki, bundan ötrü yaxşı yazılmış və həqiqətən faydalı olan kitablar axtarmaq lazım gələcək, – Marseldə yerləşən “Hôpital de la Conception” xəstəxanasının psixiatriya şöbəsinin müdiri Kristofer Lanson qeyd edir. – İstənilən halda bu cür kitablara meyl onların hansısa tələbatları ödədiyini göstərir”.
“ Həppikratiya. Xöşbəxtlik industriyası həyatımızı necə nəzarət altına alıb” (Premier Parallèle nəşriyyatı, 2018) kitabının müəlliflərinin nəzəriyyəsi “xoşbəxt olmaq üçün sadəcə mütəxəssisləri dinləmək kifayətdir” ideyasını təkzib edir” – “Le Figaro” yazır.

 

“Yeva İlluz və Edqar Kabanasın fikrincə, bütün bunlar individualizmin hökmran olduğu dövrün nəticəsidir. Bu dövrdə hər kəs öz uğurları qədər uğursuzluqlarına görə də məsuliyyət daşıyır. İnsanların, irəli gedə bilməkdən ötrü biri-birindən asılı olduqları mütəşəkkil cəmiyyət haqqında ideya, tədricən, yoxa çıxır, – qəzet bildirir. – Bununla belə, qədimdə insanları bir-birinə bağlayan münasibətlər kimi təyin edilən xoşbəxtlik axtarışları sonsuzluğa qədər davam edə bilər və ən azından, kitab mağazalarında “özünüinkişaf” bölməsinin daimi yenilənməsini təmin edər…

Xəbər lenti