Logo

Nazir: Bilik transferi 2027-2030-cu illərdə Azərbaycan elminin hədəfləri sırasında olacaq

03.11.2025 16:33 52 baxış
IMG

"Qısa müddət ərzində rəqəmsal texnologiyalar sahəsində regional liderə çevrilmə imkanımız var".

Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, son illər təhsil sahəsində həyata keçirilən bir çox ardıcıl və məqsədyönlü islahatlar Azərbaycan təhsilini regionda texnoloji inkişaf mərkəzinə çevirməkdədir: “Rəqəmsallaşma, süni intellekt istiqamətində elmi stragetegiyaların inkişafı Azərbaycan elminin prioritetlərindəndir. Xüsusilə siyasət, sosial innovasiyalar sahəsində inkişaf vacibdir. Bu baxımdan bilik transferinin gerçəkləşməsi 2027-2030-cu illərdə Azərbaycan elminin əsas hədəfləri sırasında olacaq”.

Xəbər lenti