 
 
								Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının müdiri dosent Şaməddin Qəhrəmanov və elmi işçi Hüseyn Məmmədovun həmmüəllifi olduqları “Bitkilərin xəstəliklərə davamlılığının qiymətləndirilməsində infeksion fonların yaradılması üsulları” kitabı çapdan çıxıb.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, metodiki təlimdə xəstəlik törədicilərinə bitkilərin davamlılğının qiymətləndirilməsi üçün (bitkilərin fitopatoloji qiymətləndirilməsi) infeksion fonların yaradılması üsulları şərh edilib. Kitab Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq və Bitki mühafizəsi fakültələrinin tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulub. Həmçinin metodiki göstərişdən seleksiya və toxumçuluqla məşğul olan kənd təsərrüfatı mütəxəssisləri, fermerlər, tədqiqat aparan magistrant və müəllimlər istifadə edə bilərlər.